Xankəndidə məmur bu hərəkətinə görə cəzalandırıldı

Bu ilin 24 iyununda Xankəndi şəhərində qadının evinə qanunsuz daxil olaraq xuliqanlıq hərəkətləri etmiş məmur cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin Mənzil fondunun idarə edilməsi və məskunlaşma departamentinin Xankəndi şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışan Bakı sakini 26 yaşlı Tural İmanov (soyad şərtidir) barəsində açılmış işin istintaqı başa çatıb.
Müəyyən edilib ki, iyunun 23-də Xankəndi şəhərində yerləşən “Nəqşicahan” restoranında Turalın iş yoldaşı İlqarın ad günü mərasimi keçirilib. İlqar tanışı Fidan Quliyevadan (şərti) həmin mərasimə müğənni dostu Ləmanı (şərti) da gətirməsini xahiş edib.
Məclisdə iştirak etdikdən sonra müğənni yaşadığı Gəncə şəhərinə qayıdıb. Bundan sonra sərxoş halda olan Tural və İlqar Ləmanla görüşmək məqsədilə gecə saat 01 radələrində Fidanın evinə gediblər. Onlar Ləmanın da həmin evdə olduğunu düşünüblər. Lakin qadın qapını açmayıb. Bunu görən Tural pəncərədən keçərək Fidanın azyaşlı övladları ilə yaşadığı mənzilə daxil olub. Səs-küyə qonşular da gəlib və dava-dalaş düşüb.
Hadisə nəticəsində Tural bir nəfərin barmağını sındırıb, həmçinin Fidana xəsarətlər yetirib.
Hadisə ilə bağlı polisə məlumat daxil olandan sonra Tural saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma, xuliqanlıq) maddələri ilə iş açılıb.
O, ifadəsində bildirib ki, Xankəndidə qanunsuz məskunlaşma üçün gecə reydə çıxıbmış və buna görə həmin mənzilə daxil olub.
Xankəndi Şəhər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Tural İmanova 3 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulub.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












