Xəzərdə gəzinti qayığı qayaya çırpıldı - Ölənlər və yaralananlar var

Xəzər dənizində, Aktau şəhəri sahilləri yaxınlığında Qazaxıstanın gəzinti qayığı qayaya çırpılıb. Nəticədə iki nəfər ölüb, daha beş nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bu barədə TASS-a regional Fövqəladə Hallar Departamentinin mətbuat xidmətindən bildirilib.
“Qayığın göyərtəsində yeddi nəfər olub. Hadisə nəticəsində beş zərərçəkən sahilə çıxarılaraq tibb işçilərinə təhvil verilib. Onlar müxtəlif xəsarətlərlə tibb müəssisələrinə yerləşdiriliblər. Axtarış-xilasetmə işləri zamanı iki kişinin meyiti aşkar edilərək sudan çıxarılıb”, – deyə departamentin məlumatında bildirilir.
Qurumun məlumatına görə, hadisə avqustun 30-da, bazar günü, yerli vaxtla saat 23:00 radələrində (Bakı vaxtı ilə 22:00) baş verib. Hadisə ilə bağlı yerli polis departamenti dəniz və ya çay nəqliyyatında hərəkət təhlükəsizliyi qaydalarının pozulması maddəsi üzrə cinayət işi açıb. Fövqəladə Hallar Departamentindən əlavə ediblər ki, hadisənin bütün halları araşdırılır.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












