Banner

Xocavənddə traktor minaya düşdü - Sürücü xəsarət aldı - YENİLƏNİB

Hadisə 11 Noyabr 2026 16:23
Xocavənddə traktor minaya düşdü - Sürücü xəsarət aldı   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Qırmızı Bazarda minaya düşən şəxs cərrahiyyə əməliyyatına alınıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Xocavənd rayonunda baş vermiş mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Bərdə rayon sakini 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılov Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, Cərrahiyyə şöbəsindədir və əməliyyata alınıb.

***14:41
Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında noyabrın 11-də mina hadisəsi baș verib.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi, Baş Prokurorluq birgə məlumat yayıb.

Bildirilib ki, 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsmayılov İsgəndər Adil oğlu idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsmayılov İsgəndər müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Oxunub : 124
ŞƏRH YAZ
Ad

E-mail

Şərh