Yarım milyonu mənimsəməkdə ittiham olunan çobanın valideynləri danışdı - VİDEO

Azərbaycanda çobanlar fermanın yarım milyon manatdan çox dəyəri olan heyvanlarını sahibkardan xəbərsiz satıblar.
Avtosfer.az xəbər verir ki, çobanların yaxınları sözügedən hadisədə ferma sahiblərini ittiham edirlər.
Çobanlar - Kəmaləddin Hüseynov və Ceyhun Əskərovun ümumilikdə 1377 baş heyvanı sataraq pulunu mənimsədikləri bildirilib.
Ancaq həbs olunan Kəmaləddin Hüseynovun bacısı və Ceyhun Əskərovun anası isə oğurluqda fermanın sahibinin əli olduğunu bildirirlər:
“Bu yesin 10 min, 20 min, da yarım milyon? Mənim vəziyyətim göz qabağındadır. Əgər mən o pulu yesəydim, bu qədər borc-xərcim olmazdı”.
Oğurluqda ittiham edilən Ceyhun Əskərovun atası da baş verənlərin qurama olduğunu iddia edir:
“Yarım milyon pul deyirlər. Mən özüm acından ölürəm, bu qədər borcum var”.
Anasının iddiasına görə, ferma sahibi hətta başqa şəxslərə qarşı da belə əməllər törədib:
“Adil üçün mən evimdə yemək hazırlayıb vermişdim. O dedi ki, kimisə də tutdurmuşam heyvan alacam. Heyvanı gətirib, gedirəm onu buraxdırmağa. Birinci dəfə deyil bu”.
İddialarla bağlı qarşı tərəflə telefon əlaqəsi saxlanılıb. Fermanın sahiblərindən Firdovsi Baxışov deyilənlərin əsassız olduğunu deyib:
“Əgər deyilənlər kimi, günahkar olsaydıq, istintaqda təqsirli şəxs kimi biz həbs olunardıq”.
Firdovsi Baxışov onu da qeyd edib ki, hətta ilk başda ferma sahibləri Ceyhun Əskərovla bağlı polisə şikayət etməyiblər, ancaq istintaq araşdırması nəticəsində onun da oğurluqda əli olduğu müəyyən edilib.
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB











