Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO - YENİLƏNİB

Paytaxtın Yasamal rayonunun X.Dadaşov küçəsində yolun hərəkət hissəsinin və parklanma yerlərinin süni maneələrlə məhdudlaşdırılması müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbir görülərək əraziyə yerləşdirilən plastik dirəklər götürülüb. Nəticədə nəqliyyat vasitələrinin sərbəst hərəkəti və parklanması təmin olunub.
***
Paytaxtın Yasamal rayonu, Xaqan Dadaşov küçəsində qanunsuz parklanma problemi yaşanır.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” səhifəsinə video göndərərək məlumat verib.
Kadrlardan göründüyü kimi, küçədə yerləşən Məşğulluq İdarəsinin və “Etalon” hospitalın qarşısındakı ərazi müxtəlif maneələrlə hasarlanıb. Nəticədə sakinlər və digər sürücülər həmin boş sahələrdən parklanma üçün istifadə edə bilmirlər.
Şikayətçinin sözlərinə görə, ərazi uzun müddətdir bu şəkildə zəbt olunub və demək olar ki, hər gün eyni mənzərə ilə qarşılaşırlar.
Qeyd edək ki, ümumi istifadədə olan yol kənarı ərazilərin qanunsuz şəkildə müxtəlif maneələrlə tutulması digər şəxslərin parklanma imkanlarını məhdudlaşdırır və şəhər infrastrukturundan ümumi istifadəyə maneə yaradır.
Məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsi və ərazidə qanunsuz parklanmanın qarşısının alınması gözlənilir.
Nərmin
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
















