Yeni ailə qurduğu qadının başını kəsdi - Dünən baş verən qətl və intiharla bağlı DETALLAR - VİDEO

Bakıda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi detallar məlum olub. Yasamal rayonu, General Məmmədşərif Həmidov küçəsindəki binanın dördüncü mərtəbəsində yaşayan Bürhan Məmmədov həyat yoldaşı Xumar Məmmədovanı amansızlıqla qətlə yetirib.
Avtosfer.az-ın məlumatına görə, həmin gün X.Məmmədovanın iş yerindən ailəsinə zəng gəlib. Qardaşı evə gələrək cəsədi aşkar edib.
Binanın komendantı bildirib ki, onlar 5-6 ay idi evli idilər:
""Hadisə evdə olub, ailədaxili münaqişədir. Eşitdik ki, arvadını öldürüb. Normal və sakit ailə idilər. Heç bir problemləri də yox idi. Nə səbəbə baş verib bilmirik. Xanımın iş yerindən ata-anasına zəng ediblər, qardaşı da gələrək qapını qırıb görüb ki, bacısı ölmüş vəziyyətdədir. Oğlan nə siqaret çəkərdi, nə də içki içərdi, sakit insan idi. Cinayət hələ də sirr olaraq qalır".
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, ötən gün axşam saatlarında 1987-ci il təvəllüdlü Bürhan İlham oğlu Məmmədov arvadı, 1992-ci il təvəllüdlü Xumar Ağa qızı Məmmədovanı öldürdükdən sonra axşam saatlarına qədər qaçıb gizlənib, günün sonunda yaşadığı binanın digər blokunun 14-cü mərtəbəsinə çıxaraq intihar edib.
Ətraflı BakuTV-nin süjetində:
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












