Yük maşını partladı - 8 ölü

Meksikanın paytaxtı Mexikoda mayeləşdirilmiş qaz daşıyan yük maşınının partlaması nəticəsində ölənlərin sayı 8-ə çatıb, daha 94 nəfər yaralanıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Mexiko şəhərinin meri Klara Bruqada mətbuat konfransında bildirib. "Təəssüf ki, 94 nəfər zərər çəkib və ya yaralanıb. Acı təəssüf hissi ilə bildiririk ki, onlardan səkkiz nəfəri dünyasını dəyişib. 22 nəfərin vəziyyəti ağırdır. 19 nəfər həkim, tibb bacısı və təcili yardım işçilərinin əməyi sayəsində evə buraxılıb", - mer qeyd edib. Onun sözlərinə görə, hazırda xəstəxanalarda 67 nəfər qalır. Qeyd edək ki, çərşənbə günü Mexiko şəhərinin İztapalapa rayonunda magistral yol qovşağında mayeləşdirilmiş qazın olduğu yük maşını partlayıb. Yanğın nəticəsində 20-dən çox avtomobil yanıb, yaxınlıqdakı tikililərə ziyan dəyib. Yük maşını "Gas Silza" şirkətinə məxsus olub. Hadisənin səbəbini Mexiko Prokurorluğu araşdırır.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












