Zabratda ağac aşıb yolu kəsdi - FOTO

Bu gün Bakı şəhərində iri gövdəli ağac maşın yoluna aşıb. Avtosfer.az xəbər verir ki, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən köhnə stadionun yaxınlığında güclü külək səbəbilə ağac yola aşıb. Ağac yolun bir hissəsini bağlayaraq avtomobillərin, eləcə də piyadaların hərəkətinə maneə yaradıb.
Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilib. Lakin sürücülər üçün yolu görmə şəraiti çətinləşib. Bəzi avtomobillər üçün məhəllədaxili yollara və əsas yola döngədə növbəlilik yarandığı üçün tıxaclar da baş verə bilər. Ağacın aşması ilə bağlı saytımıza göndərilən fotolardan məlum olur ki, onun bir neçə budağı budanıb. Bu aidiyyəti qurumlar və ya sakinlər tərəfindən edilmiş ola bilər. Lakin sakinlər saytımıza müraciət edərək bildiriblər ki, axşam saatlarında ərazidə işıqlandırma zəif olduğu üçün qəza riski artır, piyada vurulma hadisəsi baş verə bilər.
Sakinlər aidiyyəti qurumlardan məsələnin tez bir zamanda həll olunmasını xahiş edirlər.
Fidan

"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












