Zal Yusifova məxsus dəbdəbəli villa ilə bağlı yekun qərar çıxarılıb

Lisenziyası ləğv edilmiş "Texnikabank"ın Bakı filialının rəhbəri olmuş Zal Yusifova məxsus, Binəqədi rayonu ərazisində yerləşən dəbdəbəli villa ilə bağlı yekun qərar çıxarılıb.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, məsələyə yekun olaraq Ali Məhkəmədə baxılıb.
Kassasiya şikayətini isə villanı kağız üzərində "alan" Ramil Mahmudov verib. O, 2019-cu ildə Zal Yusifovun oğlu İslam Yusifovla alqı-satqı müqaviləsinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən etibarsız hesab olunmasına dair çıxarılan qərara etiraz edib.

Qeyd edək ki, 2010-cu ildə Bakı Ağır Cinayətlər Məhkməsinin hökmünə əsasən, Zal Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkənlərə dəymiş ziyanın ödənilməsi üçün Yusifovların Rəsulzadə qəsəbəsindəki villası, "Humay" şadlıq sarayı və C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən OBA mənzil-tikinti kooperativinin tikdiyi binada 200 kv.m qeyri-yaşayış sahəsi müsadirə olunub. Bu müddət ərzində Yusifovlar zəzərçəkmişlərə dəymiş ziyanı ödəməyiblər.
Yusifovlar ailəsi sonradan müxtəlif vasitələrlə məhkəmə qaydasında əmlakların üzərinə qoyulmuş həbsi götüzdürüb, müsadirəyə mane olub və başqasına satmaq adı ilə özgəninkiləşdirib.
Qeyd edək ki, ötən ilin sonunda İslam Yusifova yenidən cinayət işi açılıb. Keçmiş bankir oğlu bu dəfə altı nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunur.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












