“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi

Sosial şəbəkədə ictimai mənəviyyata zidd paylaşımlar edən şəxs məsuliyyətə cəlb edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, “TikTok”da müxtəlif şəxslərin ünvanına söyüş və təhqirlər səsləndirildiyi üçün “Zımbırtı.az” səhifəsinin admini, Şirvan sakini 1998-ci il təvəllüdlü F.Qədirov (şərti) polis tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib.
Vətən müharibəsi qazisi olduğunu bildirən F.Qədirov paylaşımı ironiya məqsədilə paylaşdığını, həmin videodakı ifadələrin özü tərəfindən deyil, başqası tərəfindən səsləndirildiyini deyib.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə səhifə admini 8 sutkalıq həbs edilib.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












