Yuxu zamanı oksigen çatışmazlığı ürək xəstəliklərinə yol aça bilər

Yuxu zamanı nəfəsin tez-tez dayanması ilə müşayiət olunan xəstəlik vaxtında müalicə edilmədikdə ürək-damar sisteminin daha sürətli qocalmasına və vaxtından əvvəl ölüm riskinin artmasına səbəb ola bilər. Avtosfer.az xəbər verir ki, ABŞ-nin Missuri və Marşall universitetlərinin alimləri bu nəticəyə gəliblər. Araşdırma npj Aging jurnalında dərc olunub.
Mütəxəssislər yuxu apnoesini (insan yatarkən nəfəsin qısa müddətlik dayanması və qanda oksigenin azalması ilə müşayiət olunan vəziyyəti) uzunmüddətli təcrübədə araşdırıblar. Bu problem yuxu zamanı orqanizmin vaxtaşırı oksigensiz qalmasına səbəb olur. Tədqiqat göstərib ki, uzun müddət oksigen çatışmazlığı yaşayan orqanizmdə ölüm riski artır. Eyni zamanda arterial təzyiq yüksəlir, ürəyin işi zəifləyir, damarlar elastikliyini itirir və ürəyin qanla təminatı pisləşir. Bu dəyişikliklər ürək-damar sisteminin normaldan daha tez qocalmasına gətirib çıxarır. Alimlərin sözlərinə görə, bu xəstəliyin ziyanı yalnız pis yuxu ilə məhdudlaşmır. Təkrarlanan oksigen çatışmazlığı orqanizmdə daimi gərginlik yaradır və zamanla ürəyin quruluşu və fəaliyyətinə ciddi zərər vurur. Tədqiqatın müəllifləri vurğulayıblar ki, yuxu zamanı nəfəsin dayanması təhlükəsiz hal deyil və vaxtında aşkar olunub müalicə edilməzsə ağır nəticələrə səbəb ola bilər. Erkən diaqnoz və müalicə isə ürək xəstəlikləri riskini azaltmağa və ömrü uzatmağa kömək edə bilər.
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO
Rüfət Axundovun retro avtomobili gündəm oldu; köməkçisi danışdı
“Analoqu olmayan” rus təyyarəsi bütün parametrlərinə görə fransızlara uduzdu
Gəlin və bəy motosikletlə zala daxil oldu – VİDEO
“Əkinçi”: dəmir yolunun xeyrini hər kəs görəcək - FOTOLAR
Yolun möhkəmliyi nədən asılıdır? – ARAŞDIRMA
Azərbaycanlı ustanın hazırladığı "Transformer"ə çevrilən avtomobil - VİDEO
"Körpəmi qarşılamağa kimsəm yoxdur" dedi - Tanımadığı insanlar ona dəstək oldu - VİDEO










