Avtomobilin hava yastığından cadu çıxdı; alıcı maşını almaqdan imtina etdi – VİDEO

Türkiyənin Tekirdağ vilayətinin Çerkezköy rayonunda avtomobilə texniki baxış zamanı maraqlı hadisə yaşanıb. Ekspertiz zamanı avtomobilin hava yastığının içərisindən üzərində qəribə işarələr olan kağız aşkarlanıb. Kağızın cadu ola biləcəyi ehtimalı irəli sürülüb.
Avtosfer.az xəbər verir ki, hadisə Çerkezköy rayonunda fəaliyyət göstərən avtomobil ekspertizası şirkətində baş verib.
İddiaya görə, avtomobil almaq istəyən şəxs və satıcı texniki yoxlama üçün ekspertiza mərkəzinə müraciət ediblər. Yoxlama zamanı mütəxəssis avtomobilin pərdə hava yastığı hissəsindən pis qoxu gəldiyini hiss edib. Daha ətraflı araşdırma zamanı həmin bölmənin içərisində qəribə işarələrin olduğu kağız aşkarlanıb.
Ekspert tapıntının cadu ola biləcəyini düşündüklərini və satıcının razılığından sonra kağızı avtomobildən çıxardıqlarını bildirib.
Onun sözlərinə görə, avtomobilin satıcısı son iki ay ərzində 4-5 dəfə qəza keçirdiyini deyib. Yavaş kağızı dualar oxuyaraq yandırdıqlarını və külünü atdıqlarını söyləyib.
Hadisədən sonra avtomobili almaq üçün Antalyadan gələn şəxs fikrini dəyişərək alışdan imtina edib.
Eltac Zülfüqaroğlu
Avtomobilin rəngi qəza riskinə təsir edir: Ən təhlükəsiz rəng hansıdır?
Elektrikli avtomobillər üçün maraqlı yenilik: Günəş paneli quraşdırılır
Yeni qaydalar avtomobilləri bahalaşdıracaq: Hər maşına əlavə 11 min manat xərc
Bakının ən uzun avtobus marşrutu neçə kilometrdir? – MARAQLI RƏQƏMLƏR
Çoxuşaqlı ailələr üçün pulsuz PARKLANMA
Avtomobillərdə Start-Stop problemi: Mühərrik işə düşməyə bilər
Bakı və Parisin ortaq nöqtəsi nədir? – MÜQAYİSƏ – VİDEO
Naviqator yollardakı tıxacları necə müəyyən edir? – MARAQLI
Yeni şamlar avtomobilin mühərrik gücünü artırırmı? – ARAŞDIRMA
Bakının ən sıx dairəsi haradadır? - 25 yol hissəsi, 23 avtobus marşrutu keçir
Merkelin təyyarəsini doğrayaraq suvenir hazırladılar - FOTO











