"20 Yanvar" yeraltı keçidindəki obyektlərin taleyi necə olacaq? - RƏSMİ

Artıq 3 aydır ki, sahibkarlar "20 Yanvar"da bağlanan obyektlərin açılmasını gözləyir.
Bu yeraltı keçidindəki ticarət obyektlərinin taleyi necə olacaq?
Avtosfer.az xəbər verir ki, əvvəlcə keçid alış-veriş mərkəzləri ilə tanınan bu ərazilər indi yalnız sərnişinlər və yolun digər üzünü keçmək istəyən şəxslər tərəfindən istifadə olunur.
Bu əraziləri kiçik sahibkarlara icarəyə verən şirkətin nümayəndəsi Sənan İsmayılov bildirib ki, qanunvericilikdə nəzərdə tutulan bütün vergi və rüsumları ödəyirlər. O bildirib ki, obyektlərin Bakı şəhər İcra Hakimiyyəti və Əmlak Komitəsi ilə müqavilələri var. Lakin bu barədə onlara heç bir məlumat verilmir ki, niyə şirkətin fəaliyyəti dayandırılıb.
Məsələ ilə bağlı Yasamal Rayon Təsərrüfat Birliyi açıqlama verərək bildirildi ki, sözügedən ərazinin icarəsinə dair heç bir sənəd mövcud deyil, şirkətlə yalnız istismar müqaviləsi bağlanıb ki, bu da məişət tullantılarının daşınması ilə həyata keçirilir.
Sözügedən problemlə bağlı Dövlət Əmlak Komitəsindən bildirildi ki, sahibkarlarla sonuncu dəfə 2022-ci ilin iyulun 27-də bağlanmış müqavilənin müddəti bu ilin iyul ayında başa çatıb. Müqavilənin müddəti bitdiyi üçün o, avtomatik olaraq ləğv olunmuş sayılır.
(milli.az)
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












