"28 May"-"Nizami" arasında avtobuslar niyə pulsuz olmayacaq? - Ekspert izah ETDİ

"Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çəçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti inşaat işləri bitənə qədər dayandırılacaq. Bu müddət ərzində sərnişinlərin daşınması üçün əlavə ekspres xətlərin yaradılması və mövcud xətlərin gücləndirilməsi ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, qırmızı və yaşıl xətlərin bir olması metronun inkişafına ciddi maneədir:
"Bunlar ayrılmalıdır, ayrı-ayrılıqda inkişaf etdirilməlidir. Bu inkişaf metroda sərnişin axınını daha da artıracaq. Bu baxımdan düşünürəm ki, biz buna getməli idik. Bu iş görülən müddətdə ortaya çıxacaq vəziyyəti də əvvəlcədən nəzərə almaq lazım idi. Təbii ki, bu proses baş verirsə, stansiyalararası əlaqə itir, sərnişinlər narahat olacaqlar. Təmir üçün təxminən bir ilə yaxın vaxt nəzərdə tutulub. Düşünürəm ki, bunu sadəcə səbrlə, təmkinlə qarşılamaq lazımdır. Ona görə ki, bu inkişaf baş verməlidir. Bunun baş verməsi üçün də müəyyən çətinliklərə dözmək lazımdır".
Müsahibimiz vurğuladı ki, nəqliyyatdan anlayışı olmayan insanlar var, onlar ağız dolusu danışırlar ki, bu niyə belə oldu, belə olmamalı idi və s:
"Daha optimal variantlar olsaydı, təbii ki, dövlət onları seçərdi. Biz bunu neçə dəfə müzakirə etmişik ki, bəlkə müvəqqəti avtobuslar 28 Maydan Nizamiyə sərnişinləri pulsuz gətirsin. Sərnişin dövriyyəsinə baxanda gördük ki, gündəlik yüz minlərlə insan dövriyyəsindən söhbət gedirsə, buna heç bir daşıyıcı dözə bilməz. Nə qədər avtobus lazımdır ki, yükü daşısın? Metronun pik saatlarında bir vaqon 300-400 sərnişin daşıyır. Bu aspektdən yanaşanda, ən azı bir vaqon insanı daşımaq üçün ortalama 7-8 avtobus lazımdır.
Bu avtobuslar hardadır? Varmı bu qədər avtobus? Yaxud da Bakıda mövcud olan bütün avtobusları sadəcə Nizami metrosu ilə 28 May metrosu arasında sərnişin daşımağa yönəltmək nə dərəcədə ədalətli və düzgün olardı? Dövlətin bu gün dözə biləcəyi, tab gətirə biləcəyi işlər və tab gətirə bilməyəcəyi də işlər var. Bu, bir illik əziyyətdir, buna dözmək lazımdır. Bu, başqa cür izah oluna bilməz. Sadəcə, bu bir il müddətində insanlar öz hərəkət sxemlərini fərqli formada tənzimləyə və qura bilərlər".
Ekspert vurğuladı ki, biz metronun inkişafından, yeni tikintilərdən danışırıq:
"Təbii ki, nəqliyyat sıxlığı da yaşana bilər. Taksilərə maraq arta bilər və s. Və yaxud da skuterlər xidmət göstərə bilər. Məsələn, gənclər, yeniyetmələr skuterdən istifadə edə bilər, amma digər kateqoriyaya aid insanlar bundan istifadə edə bilməyəcək.
Bu baxımdan hesab edirəm ki, vəziyyəti o qədər də dramatikləşdirmək lazım deyil, sadəcə əvvəlcədən səfərləri düzgün planlaşdırmaqla bu vəziyyətdən çıxmaq olar. Dövlətin də gücü ona çatır ki, ekspres avtobus xətti yaradır, amma ödənişlidir. İndi insanlar fikirləşir ki, bu ödənişsiz olmalıdır, amma bu mümkün deyil. Yəni gündəlik yüz minlərlə sərnişini hansı daşıyıcı şirkət pulsuz daşıya bilər?".
Masazırda bitməyən yol problemi: "Qurumlar deyirlər ki, pul yoxdur" - VİDEO
Bakının bir sıra küçələrində hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ
Hərbi xidmətin müddətinin azaldılması ilə bağlı - AÇIQLAMA - FOTO
İcra başçısının nümayəndəsi rəis TƏYİN EDİLDİ
"Yol 60-cı illərdə çəkilib, baxan yoxdur" - Qobustan sakinləri çətin vəziyyətdə qalıblar - VİDEO
Hava ilə bağlı SARI XƏBƏRDARLIQ
Polis istirahət zonalarını nəzarətə götürüb: Xidmət bu cür təşkil olunur - FOTO
Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq
Abel Məhərrəmovun səfir oğlu GERİ ÇAĞIRILDI
Bakıda altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
8 aylıq hamiləni yarıyolda düşürdən sürücü CƏZALANDIRILDI - VİDEO










