“6-7 ildir hər qış bu yolda əziyyət çəkirik...” - VİDEO

İntensiv yağan yağış nəticəsində Sabunçu rayon Yavər Əliyev küçəsini su basıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı sakinlər və sürücülər AzTV-yə müraciət ediblər.
Sürücülərdən biri qeyd edib ki, bu vəziyyət 6-7 ildir, eynidir: “Hər il qışda bu əziyyəti çəkirik. Qonşuların evi dəfələrlə su altında qalıb”.
Digər vətəndaşın sözlərinə görə, bu yolu hər gün getdiklərindən maşınlarında problem yaranır: “Yolda kanalizasiya sistemi işləmir. Ona görə də yol bərbad vəziyyətdədir”.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda tullantı su şəbəkəsinin yenilənməsi layihəsi hazırlanıb: “İşlərə başlanılması məqsədilə müvafiq qurumlara müraciət olunub. Onlardan müsbət cavab alındqdan sonra layihənin icrası reallaşdırılacaq”.
Ətraflı videomaterialda:
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












