ABŞ ticarət missiyası Orta Dəhlizin potensialı ilə tanış olmaq üçün Aktauya səfər edib

Mərkəzi Asiyada ABŞ-ın ən böyük ticarət missiyasının nümayəndə heyəti Qazaxıstana səfəri çərçivəsində Mangistau regionunda olub. Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, səfər regionun investisiya potensialı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR, Orta Dəhliz) potensialı ilə tanış olmaq məqsədi daşıyıb. Proqram çərçivəsində Mangistau vilayətinin biznes nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Qazaxıstan tərəfdən isə “Kazakh İnvest” SC-nin layihə rəhbəri Aliyə Abdildinanın məruzəsi dinlənilib. O, regionun investisiya imkanları və TITR-in əsas mərkəzi kimi Aktaunun rolu haqqında icmal təqdim edib. Dəyirmi masada çıxış edən Aliyə Abdildina qeyd edib ki, Qazaxıstan Trans-Xəzər marşrutuna təkcə tranzit marşrutu kimi deyil, Avrasiya əlaqələrinin gələcəyinə qoyulan strateji investisiya kimi baxır. O vurğulayıb ki, təkcə 2024-cü ildə marşrut üzrə daşımaların həcmi 60% artaraq 4,5 milyon tona çatıb. Bu artım onun qlobal təchizat zəncirlərində artan rəqabət qabiliyyətini nümayiş etdirir. ABŞ nümayəndə heyəti, həmçinin Aktau Beynəlxalq Dəniz Ticarət Limanına baş çəkib, burada multimodal daşımaların logistika imkanları və infrastruktur ilə tanış olublar. İştirakçılar Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yüksək potensialını qeyd edərək, onun Asiya ilə Avropa arasında əlaqənin təmin edilməsində artan rolunu vurğulayıblar. Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Çin ilə Avropa ölkələrini birləşdirir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












