ABŞ Yaxın Şərqə dəniz piyadaları ilə birlikdə gəmi göndərir

ABŞ-nin Yaxın Şərqə əlavə 2 200 əsgər göndərdiyi ehtimal edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Kanalın məlumatına görə, "USS Tripoli" amfibiya hücum gəmisi Okinavadakı ABŞ bazasından yola düşüb. Qeyd olunub ki, gəminin göyərtəsi ABŞ Dəniz Piyadaları Korpusunun ekspedisiya bölməsindən 2 200-ə qədər əsgəri daşıya bilər. Gəminin çərşənbə axşamı Sinqapura çatdığı deyilir.
Qeyd edək ki, bir müddət əvvəl Yaxın Şərqdəki ABŞ qüvvələrinin sayının 50 000 nəfər olduğu bildirilmişdi.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












