Banner

ADY 250 yükdaşıma vaqonu alacaq

Xəbərlər 6 Noyabr 2026 11:36
ADY 250 yükdaşıma vaqonu alacaq
WhatsApp kanalımıza abunə olun

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yeni yük vaqonları və lokomotivlər alacaq".

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a ADY-dən məlumat verilib:

Qeyd olunub ki, məqsəd beynəlxalq nəqliyyat dəhlizləri ilə artan yük daşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və dəmir yolu ilə sərnişindaşıma coğrafiyasının genişləndirilməsidir:

"Hazırda Fransa istehsalı olan 40 ədəd "Alstom AZ8A" seriyalı yük elektrovozu (dəyişən cərəyanla işləyən), Qazaxıstan-ABŞ birgə istehsalı olan 10 ədəd TE33A seriyalı magistral teplovozu, Ukrayna istehsalı olan 15 ədəd 2TE10M və 3TE10M seriyalı magistral teplovozu, eləcə də 55 ədəd TEM2 və 9 ədəd ÇME3 seriyalı manevr teplovozu olmaqla ümumilikdə 200-ə yaxın lokomotiv yükdaşıma əməliyyatlarına aktiv şəkildə cəlb olunub".

Məlumatda bildirilib ki, Çin Xalq Respublikasından 7 ədəd yeni AC-50 magistral teplovozu alınıb. Əlavə olaraq 14 ədəd yük lokomotivinin alınması üçün danışıqlar aparılır:

"Yük əməliyyatlarında 6 minə yaxın yük vaqonu istismar edilir. Ötən il 300 yeni vaqon alınıb, növbəti il isə daha 250 yükdaşıma vaqonunun alınması nəzərdə tutulur".

Oxunub : 62
ŞƏRH YAZ
Ad

E-mail

Şərh