ADY şagirdlərə təlim keçdi - FOTOLAR

“Azərbaycan Dəmir Yolları” QSC dəmir yolu ətrafında yerləşən məktəblərdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.
Avtosfer.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi, eləcə də Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirilən növbəti görüş Xırdalan şəhər 3 saylı məktəb-liseydə baş tutub.
120-dən çox şagird və müəllimin qatıldığı tədbirdə uşaqlara dəmir yolu xətləri ətrafında təhlükəsiz davranış qaydaları sadə və anlaşılan dildə izah olunub. Qatarların yüksək sürəti, məsafə və reaksiya vaxtı kimi vacib məqamlar xüsusi vurğulanıb, real risklər üzərindən nümunələr təqdim edilib.
Görüşdə qatarların hərəkətinə risk yaradan hallara xüsusi diqqət ayrılıb. Qatarlara daş atılması, dəmir yolu üzərinə kənar əşyaların qoyulması kimi davranışların həm sərnişinlər, həm də bu hərəkətləri edən şəxslər üçün ciddi təhlükə yaratdığı konkret nümunələrlə izah olunub, mövzu üzrə videoçarxlar nümayiş etdirilib.
Eyni zamanda vurğulanıb ki, şagirdlərin hər biri bu gün öyrəndikləri təhlükəsizlik mesajlarının yayılmasında aktiv rol oynayan kiçik səfirlər ola bilərlər.
İnteraktiv formatda keçən görüşdə məktəblilərin sualları cavablandırılıb. Bildirilib ki, ADY piyadaların və nəqliyyat vasitələrinin təhlükəsizliyini artırmaq məqsədilə müasir yolötürücülərin, yerüstü və yeraltı keçidlərin inşasını davam etdirir, əraziləri müasir xəbərdaredici siqnalizasiya sistemləri ilə təchiz edir.
ADY üçün təhlükəsizlik əsas dəyərlərdən və prioritet məsələlərdəndir. Bu istiqamətdə həm əyani təlimlər, həm də sosial media vasitəsilə maarifləndirmə tədbirləri davamlı şəkildə həyata keçirilir. Məqsəd dəmir yolu ətrafında yaşayan və gündəlik olaraq bu infrastrukturdan istifadə edən hər kəs üçün daha təhlükəsiz mühit formalaşdırmaqdır.







Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












