ADY sədrinin iştirakı ilə Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı - FOTOLAR

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstana işgüzar səfəri çərçivəsində “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin İdarə Heyətinin növbəti iclasında iştirak edib.
Avtosfer.az-ın məlumatına görə, görüşdə qeyd olunub ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu son illər ərzində qlobal yükdaşıma marşrutları arasında mühüm mövqe qazanıb, bu marşrutla Şərq-Qərb-Şərq istiqamətində daşınan yüklərin həcmi mütəmadi artır və bu da öz növbəsində əməliyyatların səmərəliliyinin yüksəldilməsi və rəqəmsal həllərin geniş tətbiqini ön plana çıxarır.
Eyni zamanda, TBNM BA Hüquqi Şəxslər Birliyinin icra orqanının ötən iki il ərzində gördüyü işlər nəzərdən keçirilib, mövcud yükdaşıma planının təkmilləşdirilməsi və Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə Avropa istiqamətində konteyner daşımalarının inkişafının zəruriliyi vurğulanıb.
Sonda TBNM BA Hüquqi Şəxslər Birliyinin yekun protokolu, Multimodal yük daşımalarının rəqəmsallaşdırılması sahəsində əməkdaşlığa dair Memorandum, eləcə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Xəzər dənizinin limanları və terminalları arasında konteyner daşımalarının təşkili, konteyner gəmilərinin yüklənməsinin təmin edilməsi və blok-qatarlarla daşımaların təşkili üzrə qarşılıqlı fəaliyyət və məsuliyyət tədbirləri haqqında üç saziş imzalanıb.
Tədbir çərçivəsində ADY sədri Rövşən Rüstəmov və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkətinin (KTZ) rəhbəri Talqat Aldıbergenovun görüşü keçirilib.
Görüşdə iki ölkə arasında dəmir yolu sahəsində əməkdaşlığın uğurla davam etdiyi, həmçinin rəqəmsallaşma istiqamətində nəzərəçarpan irəliləyişlərin əldə olunduğu bildirilib.
Tərəflər əməkdaşlığın daha da genişləndirilməsi, rəqəmsal həllərin tətbiqinin sürətləndirilməsi, ADY-nin Bakı Beynəlxalq Dəniz Limanı və Qazaxıstan limanları arasında koordinasiyanın gücləndirilməsi və Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.





Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












