Ahmet Çakarın Azərbaycana girişi qadağan olundu

Türkiyənin keçmiş millət vəkili Ahmet Çakar Azərbaycanda arzuolunmaz şəxs elan edilib və onun ölkə ərazisinə girişinə qadağa qoyulub.
Avosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, Türkiyə Respublikasının 31 vətəndaşı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq arzuolunmaz şəxs elan edilib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub.
Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












