Aidə Cəlilzadə tutduğu vəzifədən azad edildi

Naxçıvan Dövlət Universitetində də kadr dəyişikliyi baş verib.
Avtosfer.az Nocommen.az-a istinadla xəbər verir ki, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, sabiq deputat Aidə Cəlilzadə tutduğu vəzifədən azad edilib.
Məlumata görə, Cəlilzadə uzun illər Naxçıvanda əvvəlki idarəçilik sistemi dövründə müxtəlif vəzifələrdə çalışıb. O, həmin dövrdə Vasif Talıbovun etimad göstərdiyi şəxslərdən biri kimi parlamentə deputat seçilib və daha sonra NDU-da prorektor vəzifəsinə təyin olunub.
İddialara əsasən, onun vəzifədən uzaqlaşdırılmasında elmi fəaliyyəti ilə bağlı məsələlər də rol oynayıb.
Bildirilir ki, ixtisas uyğunsuzluğu səbəbindən elmi dərəcə əldə edə bilməyib və əvvəlki dövrdə mövcud olduğu deyilən güzəştlərdən bu dəfə yararlanmayıb.
Cəlilzadənin vəzifədən azad edilməsi Naxçıvanda son dövrlərdə həyata keçirilən kadr dəyişiklikləri çərçivəsində baş verən növbəti dəyişiklik kimi təqdim olunur.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












