AİB Azərbaycana metronun inkişafı üçün 1 milyard dollar kredit verməyə hazırdır

Asiya İnkişaf Bankı (AİB) Azərbaycana "Bakı Metropoliteni" QSC-nin inkişafı üçün bir milyard ABŞ dollarına qədər kredit verməyə hazırdır.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, layihənin məqsədi gələcəyin "ağıllı" və dayanıqlı şəhər nəqliyyatının yaradılmasıdır.
Bankdan bildirilib ki, kredit ümumi dəyəri iki milyard ABŞ dolları olan daha geniş investisiya proqramı çərçivəsində nəzərdə tutulur. Enerji səmərəliliyinin artırılması və "təmiz enerji" texnologiyalarının tətbiqi yolu ilə Bakı Metropoliteninin modernləşdirilməsinə yönəlmiş texniki yardım da təklif olunur.
"Texniki yardım enerji istehlakını və istismar xərclərini azaltmaq məqsədilə infrastrukturun modernləşdirilməsi imkanlarının qiymətləndirilməsini nəzərdə tutur. Eyni zamanda, Günəş enerjisi və batareya enerji saxlanc sistemi (BESS) kimi bərpaolunan enerji həllərinin inteqrasiyası planlaşdırılır. Texniki yardım çərçivəsində, həmçinin profilaktik xidmət və təkmilləşdirilmiş analitik məlumat emalı da daxil olmaqla, əməliyyatları optimallaşdırmaq üçün müvafiq tətbiqlərin və ağıllı enerji idarəetmə sistemlərinin tətbiq edilməsini araşdırmaq təklif olunur", - bankdan vurğulanıb.
Qeyd olunub ki, Bakı metrosu aşağıkarbonlu, inklüziv və səmərəli şəhər nəqliyyat şəbəkəsinin formalaşmasında əsas rol oynayır.
Bu ilin may ayında "Bakı Metropoliteni" QSC və Asiya İnkişaf Bankı (AİB) üç əsas istiqamət üzrə yeni əməkdaşlıq konsepsiyasının hazırlanması barədə razılığa gəliblər. Buraya enerji səmərəliliyi, infrastrukturun səmərəli istismarı, həmçinin süni intellekt və dataəsaslı qərarların qəbul edilməsi daxil olmaqla qabaqcıl texnologiyaların tətbiqi daxildir.
Bu ilin sonuna qədər beynəlxalq təcrübə və ekspertizanın tətbiqi ilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələrin həyata keçirilməsinə yönəlmiş bir sıra tədbirlərin birgə reallaşdırılmasına başlanılması planlaşdırılır.
Azərbaycan 1999-cu ildən AİB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə beş milyard ABŞ dollarından çox kredit ayırıb. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1.5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1.7 milyard ABŞ dolları kredit resursları ayırıb.
Hazırda tərəflər 2025-29-cu illər üçün yeni Tərəfdaşlıq Strategiyasını müzakirə edirlər.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












