Almaniyada PUA təhlükəsinə görə 2 təyyarə digər hava limanlarına yönləndirilib

"Leypsiq-Halle" hava limanı yaxınlığında naməlum pilotsuz uçuş aparatı müşahidə edildikdən sonra iki təyyarənin istiqaməti dəyişdirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Tagesschau" polisə istinadən məlumat yayıb.
Leypsiq hava limanının yaxınlığında dron aşkar edilib. Bundan sonra aerodromdan iki təyyarə başqa istiqamətə yönləndirilib.
Sonradan məlum olub ki, naməlum uçuş aparatı şəxsi PUA olub və hava limanı üçün təhlükə yaratmayıb. Pilotsuz uçuş aparatı hava limanının yaxınlığında yerləşən Qroskugel qəsəbəsindəki evdə aparılan təmir işlərini izləməli imiş.
Almaniyanın Hava Hərəkətini İdarəetmə Xidmətinin məlumatına görə, belə hadisələr mütəmadi olaraq baş verir. Bu il Leypsiqdə 6, Drezdendə isə 5 dron hava hərəkətini pozub. Təyyarənin bu səbəbdən hərəkət istiqamətini dəyişmək məcburiyyətində qaldığı hallar isə olduqca nadir hallarda baş verir.
Hadisə avqustun 26-da baş versə də, bu barədə ictimaiyyətə yalnız indi məlumat verilib.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












