Almaniyanın dəniz sənayesinin nümayəndələri DDLA-da - FOTO

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) Alman Gəmiqayırma və Dəniz Sənayesi Assosiasiyasının icraçı direktoru Kristian Şillinqin başçılıq etdiyi nümayədə heyəti ilə görüş təşkil olunub.
Avtosfer.az xəbər verir ki, tədbirdə alman iş adamları ilə yanaşı, Almaniyanın ölkəmizdəki səfirliyinin və Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri də iştirak ediblər.
Görüşdə Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyəti sədrinin müavini Eldar Məcidov rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması və müvafiq sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.
Həmçinin Orta Dəhliz üzrə yükdaşımaların həcminin artması fonunda alman şirkətləri ilə potensial əməkdaşlıq sahələri üzrə fikir mübadiləsi aparılıb.
Görüşdə təsnifat cəmiyyətlərinin fəaliyyəti, bayraq dövlətinin tələbləri, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsi, dəniz ətraf mühitinin mühafizəsi, gəmilərin inşası, liman infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı alman iş adamlarını maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub.
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












