Almaniyaya uçan Paşinyan təyyarələri səhv saldı - VİDEO

"Biz Visbadendə deyil, Frankfurt şəhərində eniş etdik".
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Telegram" kanalında məlumat verib.
O, hadisəni "Təyyarəni səhv salmışam" sözləri ilə izah edib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan hökumət rəhbərinin Visbadenə işgüzar səfərə getdiyi barədə məlumat verilib.
Bu gün Paşinyana Cənubi Qafqazda sülhün bərqərar edilməsi istiqamətindəki fəaliyyətinə görə Hessen Sülh Mükafatı təqdim olunacaq.
"Medianın müharibə partiyası ilə əlaqəli şəkildə bu gün Almaniyaya getdiyim təyyarənin kimə məxsus olması ilə bağlı suallarına belə cavab verirəm: Bu, mənim şəxsi təyyarəmdir. Ötən həftə təsadüfən məlum oldu ki, babam mənə miras qoyub. Hazırda bu sənədlərlə bağlı məsələləri aydınlaşdırmağa çalışırıq. Mən bu məlumatı öyrənməyə yönəlmiş hər hansı bir cəhdi siyasi qisas, insan hüquqlarının ciddi şəkildə pozulması və demokratiyanın sonu kimi qiymətləndirirəm", - deyə Ermənistanın baş naziri əlavə edib.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












