Banner

Anar Bayramov 16 illik direktoru işdən çıxardı

Xəbərlər 4 Noyabr 2026 14:23
Anar Bayramov 16 illik direktoru işdən çıxardı
WhatsApp kanalımıza abunə olun

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə vəzifəsindən azad edilib.

Avtosfer.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı səhiyyə naziri Anar Bayramov əmr imzalayıb.

Hələlik mərkəzin rəhbərliyi baş direktorun müavini Elşad Elbaris oğlu Ömərova həvalə edilib.

Qeyd edək ki, 2010-cu ildə yaradılan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi 2025-ci ildə adını dəyişərək Rəqəmsal Səhiyyə Mərkəzi olub. Cəbrayıl Tofiq oğlu Əsədzadə qurum yaradıldığı vaxtdan ona rəhbərlik edirdi.

Oxunub : 106
ŞƏRH YAZ
Ad

E-mail

Şərh