Arıqlama iynələri ilə bağlı xəbərdarlıq: Görün hansı təsirləri var imiş

Arıqlamaq məqsədilə istifadə olunan iynələr hər kəs üçün uyğun deyil.
Avtosfer.az xəbər verir ki, bu barədə dietoloq Anton Polyakov “Mk.ru”ya açıqlamasında danışıb.
Mütəxəssisin sözlərinə görə, artıq çəki və piylənməsi olan insanlara bu preparatları tibbi göstəriş olmadan tövsiyə etmək olmaz. Səbəb isə onların bir sıra yan təsirlərinin olmasıdır.
Polyakov qeyd edib ki, bu preparatlar ilkin olaraq şəkərli diabetin müalicəsi üçün hazırlanıb. Əsas məqsədi qanda şəkərin səviyyəsini azaltmaq, həmçinin ürək-damar sistemi, böyrəklər və görmə ilə bağlı fəsadların riskini aşağı salmaqdır.
Bundan başqa, preparatların iştahanı azaltdığı və bunun nəticəsində çəki itkisinə səbəb olduğu müəyyən edilib. Bu xüsusiyyət onların arıqlamaq məqsədilə istifadəsini genişləndirib.
Bundan əlavə, tibb elmləri doktoru Ança Baranova bildirib ki, bu preparatlar insanın dad seçimlərinə təsir göstərə, şirniyyata və hətta alkoqola marağı azalda bilər.(publika)
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI












