Arzuxan Əlizadə İsveçdə parlament seçkilərini müşahidə edib

Azərbaycan Milli İstiqlal partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə və partiya sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev sentyabrın 10-15-də İsveçdə səfərdə olublar.
Avtosfer.az xəbər verir ki, səfər İsveçdə hakimiyyətdə olan sağ-mərkəz yönümlü Moderat Partiyasının dəvəti ilə baş tutub. Səfərin əsas məqsədi sentyabrın 13-də keçirilən parlament seçkilərini müşahidə etmək, seçki kampaniyasının son günlərində prosesin gedişatını izləmək olub.
Səfər çərçivəsində Moderat Partiyasının rəhbərliyi, İsveç Riksdaqının və Avropa Parlamentinin partiyadan olan üzvləri ilə görüşlər keçirilib.
Sentyabrın 13-də keçirilən seçki gecəsində AMİP rəhbərliyi İsveçin Baş naziri Ulf Kristersson, Ədliyyə naziri Gunnar Strömmer, Xarici işlər naziri Maria Malmer Stenergard, digər hökumət nümayəndələri və deputatlarla birlikdə seçkinin nəticələrini canlı şəkildə izləyib.
Hazırda səslərin 95,3 faizi hesablanıb. Moderat Partiyasının rəhbərlik etdiyi sağ-mərkəz koalisiyası səslərin 49,2 faizini, Sosial Demokratların rəhbərlik etdiyi sol koalisiya isə 49,4 faizini əldə edib. Ölkə xaricində səs verən seçicilərin səsləri isə hələ tam hesablanmayıb və yekun nəticələrin həftə sonunadək açıqlanması gözlənilir.
Səfər çərçivəsində İsveçdə yaşayan bir qrup azərbaycanlı ilə də görüş keçirilib. Görüş zamanı azərbaycanlıların İsveçin ictimai-siyasi həyatında iştirakının stimullaşdırılması, ölkədə gedən proseslərdə daha fəal iştirak etmələri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin gələcəkdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Fatimə
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












