ASCO gəmilərinin iştirakı ilə "Neptun" qurğusunun yedəklənməsi əməliyyatı başlayıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmilərinin iştirakı ilə bu gün "Neptun" özüqalxan qazma qurğusunun dənizdə fəaliyyət göstərəcəyi sahəyə – "Ümid" platforması ərazisinə yedəklənməsi əməliyyatı başlayıb. Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, yedəkləmə əməliyyatında ASCO-nun "Mərdəkan", "Zirə" və "Andoqa" təchizat-yedək gəmiləri iştirak edirlər.
Xatırladaq ki, "Neptun" özüqalxan qazma qurğusu bu ilin iyun ayında modifikasiya işləri üçün ASCO-nun gəmilərinin dəstəyi ilə Xəzərin Türkmənistan sektorundan Azərbaycana gətirilib. Həmin əməliyyat "Hövsan", "Hövsan-2", "SOCAR-1", "Andoqa", "Şüvəlan" və "Mərdəkan" gəmilərinin iştirakı ilə həyata keçirilmişdi.
Qeyd edək ki, "Neptun" qurğusu vasitəsi ilə "Ümid" yatağının Cənub qanadında sualtı qiymətləndirmə quyusunun qazılması bu ilin oktyabr ayında planlaşdırılır. Özüqalxan üzən qazma qurğusu ilə sualtı qiymətləndirmə quyusunun qazılması SOCAR tarixində ilk olacaq.
Eyni zamanda, bu quyu bu günədək "Ümid" yatağında qazılan ən dərin quyu hesab olunur. Quyunun layihə dərinliyi 7 067 metr təşkil edir. Quyuda qazma işlərinin tamamlanması və lay sınağına təhvil verilməsi müddəti təxminən 10 ay nəzərdə tutulub.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












