ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb

Bu ilin I rübündə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) bərə gəmiləri ilə daşınmış 5 882 sərnişinin 670-i bileti elektron sistem vasitəsilə alıb.
Avtosfer.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ən çox elektron bilet sifarişi Ələt–Kurık marşrutu üzrə qeydə alınıb – 517 bilet. Digər istiqamətlər üzrə 87 bilet Kurık–Ələt, 57 bilet Ələt–Türkmənbaşı, 9 bilet isə Türkmənbaşı–Ələt istiqamətində rəsmiləşdirilib.
ASCO-nun elektron bilet sifarişi sistemi 2016-cı ildən Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması, eləcə də yük və sərnişin daşımalarında sənədləşmə prosesinin sadələşdirilməsi və operativliyin təmin edilməsi məqsədilə fəaliyyət göstərir.
Sərnişinlər və yük daşıyıcıları https://public.acsc.az/online/payment/index/az/ internet ünvanına daxil olaraq onlayn bilet sifariş edə bilirlər. Sistemə daxil olduqdan sonra istifadəçilər yükün növü, yüklənmə və gediş limanları, nəqliyyat vasitəsi və ödənişçi barədə məlumatları təqdim edir və sistem avtomatik biletlərin dəyərini hesablayır.
Xatırladaq ki, hazırkı karantin rejimi ilə əlaqədar olaraq, Azərbaycan vətəndaşlarının bərə ilə ölkəni tərk etməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi tələb olunur. Xarici ölkə vətəndaşlarının ölkədən çıxarkən bu icazəni təqdim etməsinə ehtiyac yoxdur. Lakin Azərbaycana bərə ilə daxil olmaq istəyən həm Azərbaycan, həm də xarici vətəndaşlar həmin icazəni əldə etməlidirlər.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












