ASCO I rübdə təhvil verdiyi tullantıların həcmini açıqlayıb

Bu ilin I rübündə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərindən 18,8 m³ plastmas, 104,3 m³ qida qalığı, 153,9 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 13 m³ istismar tullantısı, 79,2 m³ neft qalığı-şlam, 737,5 m³ döşəməaltı lyal sular, 24089,3 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərdən kənarlaşdırılıb.
Avtosfer.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 3,7 ton yanmış qəlib qumu, 263,5 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 19 686 ton məişət çirkab suyu, 265,9 ton neftli döşəməaltı-lyal su, 51,2 ton sürtgü yağı, 1105,2 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 204,2 m³ qida qalığı, 84,25 m³ polimer əsaslı və plastmas tullantı, 14,75 m³ yağlı və neftli tullantı, 30,4 m³ rezin tullantı, 85,6 m³ istismar tullantı, 0,1 m³ tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.
Qeyd edilən dövrdə ümumilikdə 0,16 ton kağız, 0,05 ton plastmas təkrar emala göndərilib.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












