ASCO-nun "Babək" tankeri əsaslı təmirdən sonra istismara qaytarıldı

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus "Babək" gəmisi əsaslı təmir olunub.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, tankerin baş və köməkçi mühərrikləri əsaslı təmir edilib, avar valı sazlanaraq yerinə quraşdırılıb, elektrik avadanlıqları yenilənib. Eyni zamanda göyərtədə və maşın şöbəsində boru quraşdırma işləri görülüb.
Həmçinin gəminin sualtı və suüstü hissələri, göyərtəsi və maşın şöbəsi təmizlənərək rənglənib. Heyətin yaşayış və xidməti otaqları da müasir tələblərə uyğun təmir olunub.
"Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və yenidən istismara qaytarılıb.
Uzunluğu 150 metr, eni 17 metr olan "Babək" tankerinin yükgötürmə qabiliyyəti 13 min tondur.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












