ASCO-nun "Balakən" gəmi-bərəsi təmir olunaraq istismara qaytarıldı

"Azərbaycan Xəzər Dəniz Gəmişiliyi" QSC-nin (ASCO) "Balakən" gəmi-bərəsinin təmiri yekunlaşıb.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, təmir prosesi "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilib. Proses çərçivəsində gəmi üzrə gövdə-qaynaq, boruquraşdırma, elektrik işləri yerinə yetirilib, buxar qazanı və sukeçirməyən qapılar yenilənib.
Bundan başqa, göyərtə kranlarının mexaniki və elektrik hissələri, heyətin yaşayış və xidməti otaqları təmir olunub.
Həmçinin bərənin suüstü hissəsi və vaqon göyərtəsi təmizlənərək ikiqat boya ilə rənglənib.
Təmir başa çatdıqdan sonra "Balakən" gəmi-bərəsi Qazaxıstanın Kurık limanı istiqamətində ilk səfərinə çıxıb.
Uzunluğu 154,8, eni 17,5 metr olan "Balakən" gəmi-bərəsinin maksimal sürəti 12,5 düyün, dedveyti isə 5 400 ton təşkil edir.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












