ASCO-nun "Bərdə" gəmi-bərəsi təmir olunaraq istismara qaytarıldı

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Bərdə" gəmi-bərəsinin təmiri uğurla başa çatıb.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan proses çərçivəsində gəmi üzrə gövdə-qaynaq, boruquraşdırma, elektrik işləri yerinə yetirilib, buxar qazanı, sukeçirməyən qapılar yenilənib. Bundan başqa, göyərtə kranlarının mexaniki və elektrik hissələri, lokomativ-avtovazlar sazlanıb.
Bərənin suüstü hissəsi və vaqon göyərtəsi təmizlənərək ikiqat rənglənib. Həmçinin heyətə məxsus yaşayış və xidməti otaqlar, sanitar-məişət yerləri təmir edilib.
Təmirdən sonra yenidən istismara qaytarılan gəmi ilk reysində Türkmənistanın Türkmənbaşı limanına 32 vaqon və 12 qoşqu çatdırıb.
Qeyd edək ki, uzunluğu 154, eni 17 metr olan gəminin maksimal sürəti 12,5 uzeldir. Bərənin dedveyti 5 500 tondur.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












