ASCO-nun gəmisi Avstraliyadan ABŞ-yə 24 min tondan çox polad yük daşıyacaq

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Handysize" tipli "Xocalı" quru yük gəmisi Avstraliyanın Kembla limanından ABŞ-nin Los-Anceles limanına doğru yola düşüb.
Avtosfer.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, gəmi 24 251 ton polad yüklə səfərə çıxıb və onun təyinat limanına növbəti həftənin sonlarında çatması gözlənilir.
Məlumata əsasən, hazırda "Xocalı" gəmisi Sakit okean akvatoriyasında tam təhlükəsiz naviqasiya rejimində hərəkət edir. Reys bütün beynəlxalq əməliyyat standartlarına uyğun icra olunur.
Xatırladaq ki, "Xocalı" gəmisi 2024-cü il mayın 27-də Çində istismara verilib. Məhdudiyyətsiz üzmə imkanlarına malik bu "Handysize" tipli quru yük gəmisinin yükgötürmə qabiliyyəti (dedveyt) 38 593 ton, uzunluğu 180, eni 30, suya oturumu 10,47 metr, maksimal sürəti isə 15,7 uzeldir.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












