ASCO-nun mənfəəti 38 dəfə artdı

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin I yarısını 23,386 milyon manat mənfəətlə başa vurub.
Avtosfer.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,85 dəfə çoxdur.
Yanvar-iyun aylarında ASCO-nun əməliyyat gəlirləri 256,421 milyon manat (1 il əvvələ nisbətən 3,6 % çox), o cümlədən dəniz nəqliyyatı xidmətindən gəlirləri 113,105 milyon manat (13,2 % çox), yük və sərnişin daşımalarından gəlirləri 127,584 milyon manat (1,9 % az), digər gəlirləri isə 15,732 milyon manat (9,9 % az) təşkil edib.
Bundan başqa, dövlət şirkət 6 ay ərzində 3,66 milyon manat qeyri-əməliyyat gəlirləri də əldə edib (ötən ilin eyni dövründə xərc olub).
Hesabat dövründə gəmiçiliyin ümumi xərcləri isə 236,695 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 4,35 % azdır.
Bu il iyulun 1-nə ASCO-nun aktivləri 1 milyard 789,666 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,3 % azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 18,3 % artaraq 603,904 milyon manata çatıb, balans kapitalı isə 7,7 % azalaraq 1 milyard 185,762 milyon manata düşüb.
Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100 % dövlətə məxsusdur.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











