ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb - FOTO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra yenidən istismara qaytarılıb.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, Bakı Gəmiqayırma Zavodunun üzən tərsanəsində həyata keçirilən təmir çərçivəsində gəminin sualtı və suüstü gövdə hissələri təmizlənərək rənglənib, gövdənin zədələnmiş polad təbəqələri yenilənib.
Eyni zamanda kinqstonlar və gövdə armaturları yoxlanılıb, maşın şöbəsində, yaşayış blokunda və göyərtədə yerləşən mexanizmlərdə (kompressorlar, kran-balkalar, hava başlıqları və s.) cari təmir işləri aparılıb.
"Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilən işlər çərçivəsində isə sifarişçinin tələblərinə uyğun olaraq, "RAMEHA-860" tipli suqızdırıcı qazanın odluğunun şamot izolyasiyası yenilənib, fırtına trapları sınaqdan keçirilib sertifikatlaşdırılıb. Buyların yan flyansları düzəldilib, həmçinin buraz keçən flyansları açılaraq yağlanıb, yerinə quraşdırılıb. Bundan əlavə, 3 və 4 nömrəli lövbər diyircəklərinin alt qoruyucu metal təbəqələri, arxa hissədə buraz keçən diyircək, yükaltı hərəkət edən diyircəklər, borudüzmə konveyerinin alt dayaqları və baş mühərriklərin mexaniki qoruyucu örtükləri təmir olunub. Arxa hissədə yerləşən 40 tonluq iki tumbalı knext hazırlanmaqla yenilənib. Yağ-yanacaq borularının alt hissəsində vanna yenilənib.
Həmçinin təmir zamanı gəmininarxa hissəsində yerləşən keçid platformalarının dayaqları bərpa olunub, meydançanın dayaq sütunları təmir edilib, hər iki bortun orta hissəsində su xətti səviyyəsində yerləşən polad lövhələr qaynaq edilib, burun hissəsində platformalarda çıxarıla bilən leyer çəpərləri bərpa edilib.
Bundan əlavə, ballast su xəttində yararsız hissələr dəyişdirilib, PV-40/60 tipli kranın burazları barabanlardan tam açılaraq yoxlanılıb, sınaqdan keçirilib və yenidən barabanlara sarınıb. Yükaltı və borualtı dayaqların, yanma qazanlarının, dartıcı-sıxıcı mexanizmin fundamentinin və polad buraz barabanının qüsurlu hissələri təmir olunub, göyərtə və bucurqadlar təmizlənərək rənglənib.
Həmçinin taxta döşəmə yenilənib, fekal nasosun elektrik mühərriki, eləcə də 3-cü və 6-cı qaynaq postlarının ventilyatorları təmir edilib.
Təmir başa çatdıqdan sonra gəmi dəniz-sınaq işlərinə cəlb olunub, sınaq uğurla başa çatıb və üzən vasitə istismar üçün sifarişçiyə təhvil verilib.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir














