ASCO Orta Dəhliz çərçivəsində yük daşımalarını 3 dəfə artırıb

Bu il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) Orta Dəhliz çərçivəsində yükdaşımalarını 3 dəfə artırıb.
Avtosfer.az "Report"a istinadən bildirir ki, bu ilin yanvar-noyabr ayları ərzində dəhliz üzrə ASCO gəmiləri ilə daşınan konteynerlərin həcmi 18 542 TEU təşkil edib.
Bu göstərici 2024-cü ilin eyni dövründə 6 186 TEU olub. Beləliklə, cari ildə konteyner daşımalarında təxminən 3 dəfə artım qeydə alınıb.
Xəzər dənizində 2025-ci ilin 11 ayı ərzində ASCO-nun gəmiləri ilə 716 460 ton quru yük daşınıb. Bu da 2024-cü ilin eyni dövründə qeydə alınan 443 843 ton göstərici ilə müqayisədə təxminən 51 % artım deməkdir.
Qurumdan verilən məlumata görə, il ərzində yüklərin fasiləsiz daşınması və dəhlizin rəqabət qabiliyyətinin artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, vaqon daşımaları üzrə güzəştli tariflər tətbiq edilib, yük axınının pik dövrlərində isə 5 ay müddətinə Aktau-Ələt marşrutu üzrə əlavə 3 gəmi cəlb olunub.
Hazırda Orta Dəhliz çərçivəsində istismar olunan ASCO-nun bərə və Ro-Pax tipli gəmilərinin vaqon götürmə qabiliyyəti ümumilikdə 584 ədəd, quru yük gəmilərinin yükdaşıma qabiliyyəti isə 140 min ton təşkil edir.
Masazırda bitməyən yol problemi: "Qurumlar deyirlər ki, pul yoxdur" - VİDEO
Bakının bir sıra küçələrində hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ
Hərbi xidmətin müddətinin azaldılması ilə bağlı - AÇIQLAMA - FOTO
İcra başçısının nümayəndəsi rəis TƏYİN EDİLDİ
"Yol 60-cı illərdə çəkilib, baxan yoxdur" - Qobustan sakinləri çətin vəziyyətdə qalıblar - VİDEO
Hava ilə bağlı SARI XƏBƏRDARLIQ
Polis istirahət zonalarını nəzarətə götürüb: Xidmət bu cür təşkil olunur - FOTO
Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq
Abel Məhərrəmovun səfir oğlu GERİ ÇAĞIRILDI
Bakıda altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
8 aylıq hamiləni yarıyolda düşürdən sürücü CƏZALANDIRILDI - VİDEO










