ASCO sığortaçı seçir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərdə gövdə və mexanizmlərin sığortalanması üçün açıq tender elan edib.
Avtosfer.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.
Tenderdə iştirak etmək istəyənlər təkliflərini mayın 15-i, saat 17:00-a qədər səhmdar cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Mikayıl Useynov küçəsi, 2 ünvanına təqdim edə bilərlər.
Təkliflərə mayın 23-ü, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Qeyd edək ki, xidmət çərçivəsində balans dəyəri 80 milyon ABŞ dolları olan “Aitolos”, balans dəyəri 28,5 milyon ABŞ dolları olan “Xocalı” və balans dəyəri 32 milyon dollar olan “Murovdağ” gəmilərinin sığortalanması nəzərdə tutulur. Təkrasığorta şirkəti Mərkəzi Bankın reytinq tələblərinə uyğun olmalı və ən azı “A” və ya da daha üstün reytinqinə malik olmalıdır.
Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100 % dövlətə məxsusdur.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












