Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ADY-də - FOTOLAR

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının üzvləri Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-də olublar.
Avtosfer.az xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.
Görüş zamanı ADY ilə Asiya İnkişaf Bankı arasında mövcud əməkdaşlıq, nəqliyyat infrastrukturunun inkişafı, dəmir yolu sektorunda həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
ADY nümayəndələri qonaqlara Azərbaycanın dəmir yolu sisteminin inkişafı, sərnişin daşımalarında tətbiq olunan müasir həllər və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumat veriblər.
Bildirilib ki, ADY ölkənin nəqliyyat bağlantılarının gücləndirilməsi, dayanıqlı və rəqəmsal nəqliyyat həllərinin tətbiqi, eləcə də sərnişinlərə rahat və təhlükəsiz xidmətlərin göstərilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.
Daha sonra AİB Direktorlar Şurasının üzvləri ADY-nin sərnişin xidmətlərindən istifadə edərək qatarla Gəncə şəhərinə yola düşüblər.
Səfər Azərbaycanın dəmir yolu infrastrukturunun və sərnişin daşımaları sahəsində tətbiq olunan müasir yanaşmaların beynəlxalq tərəfdaşlara təqdim edilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.



Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO












