Asiya İnkişaf Bankından Bakı metrosuna 700 min dollarlıq TEXNİKİ YARDIM

Asiya İnkişaf Bankı (ADB) "Gələcəyin ağıllı və dayanıqlı şəhər nəqliyyatının yaradılması üçün "Bakı Metropoliteni" QSC-nin dekarbonizasiyası" layihəsinin həyata keçirilməsi üçün 700 min ABŞ dolları məbləğində texniki yardımı təsdiqləyib.
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, vəsait Təmiz Enerjinin Maliyyələşdirilməsi üzrə Tərəfdaşlıq Mexanizmi (CEFPF) çərçivəsində Təmiz Enerji Fondu vasitəsilə təmin ediləcək.
Layihənin məqsədi enerji səmərəliliyinin artırılması və "təmiz enerji" texnologiyalarının tətbiqi vasitəsilə "Bakı Metropoliteni"nin modernləşdirilməsidir.
"Göstərilən texniki yardım çərçivəsində enerji istehlakını və istismar xərclərini azaltmaq, həmçinin günəş panelləri və enerji saxlanc sistemləri (BESS) də daxil olmaqla bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün infrastrukturun yenilənməsi imkanlarının qiymətləndirilməsi planlaşdırılır", - deyə ADB qeyd edib.
Bundan əlavə, enerji istehlakının idarə edilməsi üzrə intellektual sistemlərin tətbiq potensialı da öyrəniləcək. Bu da məhsuldarlığın optimallaşdırılmasına, proqnozlaşdırıcı texniki xidmətin tətbiqinə imkan verəcək.
ADB qeyd edir ki, bu təşəbbüs dayanıqlı şəhər nəqliyyatı sahəsində "Bakı Metropoliteni" ilə geniş əməkdaşlığın bir hissəsi olacaq.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollarından çox kredit ayırıb. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1.5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1.7 milyard ABŞ dolları kredit resursları ayırıb.
ADB 1966-cı ildə təsis edilib. Onun baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 ölkə təmsil olunur.
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı










