Astarada ölən körpə xəstəxanaya çatdırılarkən ürək və nəbz döyüntüləri olmayıb

Astarada ölən 10 aylıq körpə komatoz vəziyyətdə xəstəxanaya çatdırılıbmış.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, ilkin müayinə zamanı körpədə ürək və nəbz döyüntüləri müşahidə edilməyib:
"Sentyabrın 1-də saat 20:00-da bir körpə (kişi cinsli) komatoz vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
İlkin müayinə zamanı körpədə ürək və nəbz döyüntüləri müşahidə edilməyib.
Göstərilən bütün zəruri tibbi xidmətlərə və həkimlərin səylərinə baxmayaraq, saat 20:30-da körpənin ölüm faktı qeydə alınıb".
Xatırladaq ki, ötən gün Astara rayonunun Siyəkü kənd sakini - 2024-cü il təvəllüdlü körpə Elcan Taleh oğlu Həsənzadənin bədən hərarəti yüksəlib, körpənin valideynləri zəhərləndiyini düşünərək ona sodalı su içiriblər.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












