ATV-yə bu kadrlara görə xəbərdarlıq edildi - VİDEO

ATV kanalına xəbərdarlıq edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayılıb.
Bildirilib ki, buna səbəb ATV televiziya kanalının efirində 13 noyabr 2025-ci ildə yayımlanan “Gün ortası” proqramında hipnoz və bioenerji təsirlərinin müalicəvi xassələrinin reklamının edilməsidir:
“Qeyd olunan proqramda qonaq qismində dəvət edilmiş şəxs studiyada aparıcıya məsafədən “enerji ötürmə” üsulunu tətbiq edib, aparıcı isə seansdan sonra bu hərəkətləri müsbət formada qiymətləndirib.
Audiovizual Şura Aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər “Reklam haqqında” Qanunun 29.8-ci maddəsinin (kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir) pozulması kimi qeydə alınıb. Həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu kimi təsdiq olunub.
Audiovizual Şuranın üzvləri məsələni ətraflı müzakirə etmiş və yekdilliklə belə qənaətə gəlmişlər ki, proqramda nümayiş etdirilən məsafədən “enerji ötürmə seansı” və aparıcının bu “seans”a müsbət reaksiyası həmin üsulun müalicəvi xüsusiyyətə malik olması barədə təsəvvür yarada bilər. Bu isə, "Reklam haqqında" Qanunun 29.8-ci maddəsində təsbit olunan – kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklam edilməsinə yol verilməməsi tələbinin pozulması kimi qiymətləndirilib. Həmçinin, aparıcının nümayiş olunan hərəkətlərin mümkün müalicəvi təsirinə dair fikirləri təşviq edən ifadələr işlətməsi, faktiki olaraq qanunvericiliyin qeyd olunan normasına zidd olaraq belə təsirlərin reklamına şərait yaradan hal kimi dəyərləndirilib.
Sonda Audiovizual Şuranın üzvləri kanalın efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq ATV televiziya kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlib, bütün yayımçılardan proqramların yayımı zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub.
Həmin kadrları təqdim edirik:
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












