"Avant Group" MTK və digər obyektlər ağacları kəsdi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Avtosfer.az-a bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Sabit Orucov, Natiq Əliyev və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində “Avant Group” MTK-ya məxsus ərazidə, Sumqayıt şəhəri Sumqayıt–Novxanı yolunun kənarında “Amore” ictimai-iaşə obyektinin ərazisində, Abşeron rayonu, Ekoloji nəzarət postunun yaxınlığında “Qar-Daş Company” MMC-yə məxsus ərazidə və Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş“ yaşayış kompleksinə yaxın ərazidə ağacların kəsilməsi ilə bağlı təbiətə 117300 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












