“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO

Türkiyənin Nevşəhər şəhərində avtomobili ilə drift edərək təhlükə yaradan sürücü cərimədən qaçmaq üçün maraqlı üsula əl atıb, lakin polisin diqqətindən yayına bilməyib.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən sonra hərəkətə keçən hüquq-mühafizə orqanları avtomobili və sürücünü müəyyən ediblər. Sürücü avtomobilin uzun müddətdir servisdə olduğunu və işləmədiyini iddia edib. Hətta o, cərimədən yayınmaq üçün qısa müddətdə (təxminən 15 dəqiqəyə) avtomobilin mühərrikini, sükanını və bəzi hissələrini sökərək önünə başqa maşınlar çəkib.
Polis əməkdaşlarının avtomobilin radiator suyunu yoxlayarkən hələ də isti olduğunu müəyyən etməsi sürücünün planını alt-üst edib. Aparılan araşdırmadan sonra sürücü “drift” etdiyini etiraf etməli olub.
Qaydaları pozan sürücüyə 140 min türk lirəsi (4840 AZN) məbləğində idari cərimə tətbiq olunub, sürücülük vəsiqəsi 60 gün müddətinə geri alınıb və avtomobil 60 gün müddətinə cərimə meydançasına aparılıb.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












