Avtoxuliqanlıq sayılan hallar - Qanun nə deyir?

Avtoxuliqanlıq mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərdir.
Avtosfer.az xəbər verir ki, Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu hansı halların avtoxulqanlıq sayılması ilə bağlıdır.
Sürücü avtomobillə küçədə sürət yarışı keçirilməsi, maşının bir və ya bir neçə təkərini yerdən qaldıraraq idarə edilməsi, qəfil sürətləndirilərərək təkərlərin yolda sürtünmə səsi çıxarılması və çoxsaylı təkər izləri yaradılmasına görə avtoxuliqanlıq etmiş sayılır.
Belə hallarda sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır. Bundan əlavə, 500 manatdan 750 manatadək cərimə və ya 15 gündən 1 ayadək inzibati həbs tətbiq edilə bilər.
Əgər sürücü bu hərəkətləri inzibati tənbeh haqqında qərar qüvvəyə mindikdən sonra 1 il ərzində təkrar edərsə, cəza daha da ağırlaşır. Bu halda sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 750 manatdan 1 000 manatadək cərimə və ya 1 aydan 2 ayadək inzibati həbs tətbiq oluna bilər.
Avtoxuliqanlıq hərəkəti müəyyən edilmiş sürət həddini 60 km/saatdan artıq aşmaqla törədilərsə, sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2 000 manatdan 4 000 manatadək cərimə və ya 1 aydan 2 ayadək inzibati həbs nəzərdə tutulur.
Amma bir istisna var. Yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün sərt tormozlama nəticəsində təkərlərin sürtünmə səsi çıxması və ya yolda izlərin yaranması avtoxuliqanlıq kimi qiymətləndirilmir.
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM












