Azadlıq prospektində işıqforların işləməməsinin səbəbi açıqlandı

Azadlıq prospektində işıqforların işləməməsinin səbəbi açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdüri Ömər Xıdırov məlumat verib.
O bildirib ki, paytaxtın Nəsimi rayonu, Azadlıq prospektində işıqforların işləməməsinə səbəb qurğularda yaranan problem yox, ərazidə elektrik enerjisi verilişinin obyektiv səbəblərdən dayandırılmasıdır:
"Məsələ ilə bağlı aidiyyəti üzrə məlumat verilib və işıqforların qısa müddətə işinin bərpa olunması istiqamətində işlər görülür. Sürücülərə tövsiyə olunur ki, ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etsinlər".
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












