AZAL: "2032-ci ilə qədər aviaparka yeni "Airbus" və "Boeing" təyyarələri daxil olacaq"

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) parkına 2032-ci ilə qədər yeni "Airbus" və "Boeing" təyyarələrinin tədarükü planlaşdırılır".
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu AZAL-ın Strategiya və biznesin inkişafı idarəsinin rəhbəri Vasif Manaflı "Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi" mövzusunda keçirilən Milli Biznesin İnkişafı Forumunun ilk sessiyasında bildirib.
"Bu gün təyyarələrin orta yaşı 14 ildir ki, bu da müştəri məmnuniyyətinin azalmasına və istismar xərclərinin artmasına təsir göstərir. Parkın yenilənməsi çərçivəsində 2023-cü ildə üç "Airbus" təyyarəsi istismara verilib. Bundan başqa, bu istiqamətdə artıq ciddi addımlar atılıb. Ən böyük nailiyyətlərdən biri isə 2023-cü ildə "Airbus" və "Boeing" şirkətləri ilə 20-dən çox yeni təyyarənin alınması üçün müqavilələrin imzalanması olub. Bu təyyarələrin 2032-ci ilə qədər tədarükü planlaşdırılır", - deyə o bildirib.
Qeyd edək ki, AZAL postsovet məkanında "Boeing 787-8 Dreamliner" təyyarələrinin istismarına başlayan ilk aviaşirkət olub. Strateji plana əsasən, 2030-cu ilə qədər AZAL-ın donanması yalnız iki növ təyyarədən ibarət olacaq - dar gövdəli "Airbus A320 Neo" ailəsindən olan təyyarələr və geniş gövdəli "Boeing 787 Dreamliner" tipli təyyarələr.
Hazırda AZAL-ın aviaparkı müxtəlif tipli 25 təyyarədən ibarətdir. Eyni zamanda, artan sərnişin axınını təmin etmək məqsədilə aviaşirkət müvəqqəti olaraq üç "Airbus A320" tipli təyyarə icarəyə götürüb.
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










