AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi - FOTO
"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmanın uzunmüddətli modernləşdirmə strategiyası çərçivəsində yeni "Airbus A320neo" tipli sərnişin təyyarəsini hava gəmiləri parkına əlavə edib.
Avtosfer.az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, yeni təyyarə sərnişinlərin rahatlığını ən yüksək səviyyədə təmin etməklə yanaşı, aviaşirkətin əməliyyat səmərəliliyini artıracaq və ətraf mühitə təsirini azaldacaq.
Yeni "Airbus A320neo" təyyarəsi sərnişinlərin rahatlığını təmin edən müasir interyer və geniş imkanlarla təchiz olunub. Təyyarə göyərtəsində xoş və komfortlu mühit yaradılaraq həm biznes, həm də ekonom sinif sərnişinləri üçün rahat səyahət şəraiti təqdim olunur. Uçuş zamanı sərnişinlər müxtəlif əyləncə imkanlarından istifadə edə, vaxtlarını daha səmərəli keçirə bilərlər.
Yeni təyyarənin əsas üstünlüklərindən biri sürətli internet xidmətidir. Biznes sinfi sərnişinləri və "AZAL Miles" proqramının müəyyən statuslu üzvləri Wi-Fi xidmətindən pulsuz yararlana biləcəklər.

Yeni "Airbus A320neo" təyyarəsinin istifadəyə verilməsi AZAL üçün mühüm mərhələdir. Bu təyyarələr əməliyyat xərclərinin optimallaşdırılmasına, şirkətin regional bazardakı mövqelərinin möhkəmlənməsinə və Bakının Avropa ilə Asiya arasında hava qovşağı rolunun güclənməsinə xidmət edəcək.
"Təyyarə parkının modernləşdirilməsi strategiyamızın əsas istiqamətlərindəndir. "Airbus A320neo" sərnişinlərimizə daha yüksək rahatlıq və xidmət səviyyəsi təqdim etməklə yanaşı, reyslərimizin ekoloji baxımdan daha səmərəli həyata keçirilməsinə şərait yaradacaq," - deyə AZAL QSC-nin prezidenti Samir Rzayev bildirib.
Qeyd edək ki, təyyarə parkının modernləşdirilməsi proqramı çərçivəsində AZAL oktyabr ayının əvvəlində daha bir yeni "Airbus A320neo" təyyarəsini donanmasına əlavə edəcək. Ümumilikdə aviaşirkət 2032-ci ilə qədər 30-dan çox yeni təyyarəni istismara verməyi planlaşdırıb.
AZAL nüfuzlu "Skytrax" təşkilatının "4 Ulduz" reytinqinə sahibdir və dəfələrlə "World Airline Awards" nominasiyasında "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" mükafatına layiq görülüb. IATA üzvü kimi şirkət marşrut şəbəkəsinin inkişafı, rəqəmsal innovasiyalar və sərnişin rahatlığının artırılması üzrə strategiya həyata keçirir. Aviaşirkət ICAO standartlarına cavab verən müasir təyyarə parkı və genişlənən marşrut şəbəkəsi ilə sərnişinlərə yüksək xidmət göstərir, ölkəmizin beynəlxalq aviasiya məkanında mövqelərini möhkəmləndirir.
Dayanıqlı inkişaf AZAL strategiyasının əsas tərkib hissəsidir. Aviaşirkət BMT-nin Qlobal Sazişinə qoşulub, ESG öhdəliklərini dərc edir, həmçinin IATA-nın "CO₂ Connect" və "IEnvA" proqramlarında iştirak edərək beynəlxalq aviasiyada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirir.
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










